Yüksək sürət və gözəl dizaynı sevənlər üçün

GT3 RS – Bu ekstremal idman sinfində çıxış edən, GT3-ün bazasında yaradılan, həm avtomobil yarışlarında, həm də normal şəhər şəraitində istifadə edilə bilən güclü kupedir. Bu avtomobil öz texniki xarakteristikalarını aktual və idman stilində olan GT3 modelindən alıb.
Bu model 3.6 litrlik, 415 at güclü, 405 Nm fırlanma momentinə malik mühərriklə təchiz olunub. Avtomobil 6 pilləli sürət ötürücü qutuya malikdir və arxa ötürücülüdür. GT3 RS 0-100 km/s sürəti 4.2 saniyəyə, 200 km/s sürəti isə 13.3 saniyəyə yığır. Maksimal sürət: 310 km/s.
.jpg)
GT3 RS-in gövdəsi GT3-ə nisbətən 20 kq yüngüldür və bu da onun dinamik keyfiyyətində daha aydın əks olunur. Avtomobilin arxa hissəsi Carrera 4 modelindən götürülüb. Təkər bazası GT3-ə nisbətən 44 mm genişdir: Avropa avtobanlarındakı yüksək sürət göstəricilərini nəzərə alsaq, sabit dinamiki keyfiyyətdə bu mühüm rol oynayır.
.jpg)
GT3 RS-in salonuna gəlincə, burada kömür lifinin ərintisindən hazırlanmış ultra yüngül idman oturacaqları, təhlükəsizlik kəmərləri, yanğınsöndürən, sürücünü daha təhlükəsiz atmosfer ilə təmin edən möhkəm polad borulardan hazırlanmış xüsusi təhlükəsizlik “qəfəsi” var.
.jpg)
GT3 RS Avropa bazarlarında 130 000 avrodan başlayan qiymətlərlə satılır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Yazar: ramzes777 | Tarix: May 13, 2008 21:14 | Bölməsiz |
Şərhlər(3) | Baxış sayı: 76
Şərhlər
2
X-GIRL yazıb:
Cox gozel masindir,amma menim kimi gozel ola bilmez
3
ayaz yazıb:
bes ne oldu men oz web sitemde senin siteni reklam edirem ama sen??????????????????eger yazacaqsansa mene sherh yaz!!!!!!!!!!!!!!!gozleyim yoxsa sitevi silim????????????
May 15, 2008 15:11
GT3 RS
May 13, 2008 21:24