Reklam verin!
Yüksək sürət və gözəl dizaynı sevənlər üçün

RUF CRT3

Alois Ruf-un başçılıq etdiyi RUF tüninq şirkəti dünya tüninq bazarına Porsche “Cayman”ın bazasında yaradılmış ən güclü maşınlardan birini – 700 at gücündə olan RUF CRT 3-ü təqdim edib.

RUF2 

Həqiqətən də belə Porsche modelini hələ heç kim istehsal etməmişdi – RUF birincidir! 3.8 litrlik, 6 silindrli mühərrik iki güclü turbokompressor ilə təchiz olunub. Bu da avtomobilə 1200 Nm fırlanma momenti və 700 at gücü verir!

RUF3

Bu super avtomobilin “pik” anı – 1200 Nm-ə qədər təzyiqə davam gətirən və bütün gücü arxaya ötürən 6 pilləli mexaniki sürət qutusudur. İlk baxışdan sadə görünən bütün bu yeniliklər, RUF CRT 3-ə 3.3 saniyəyə 100 km/s sürət yığmağa və avtomobili maksimal 360 km/s sürətlə sürməyə imkan verir. RUF4Əlbəttə ki, bu super avtomobili əsasən ultra yüngül karbon və alüminiumdan hazırlanmış eksklüziv bodi-kit və gövdəsiz təsəvvür etmək mümkün deyil.RUF5RUF CRT 3-ün hazırlanması və istehsalı şirkətin Bəhreyndə (sanki belə maşınlar ancaq şeyxlər üçündür) yerləşən yeni tüninq mərkəzində həyata keçirilir.RUF6

Bu modelin qiyməti nə az, nə çox – 300 000 avrodur.


Açar sözlər: porsche ruf crt,3 

Yazar: ramzes777 | Tarix: May 22, 2008 9:40 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 68

Şərhlər

1
e yazıb:

zxczcx

May 28, 2008 23:07
2
sik yazıb:

3 dene sik

İyul 29, 2008 15:14

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha