Yüksək sürət və gözəl dizaynı sevənlər üçün

Gövdənin tünd qırmızı rəngi, gözəl bodi-kit, modifikasiya edilmiş “quyruq” hissə, diffuzorlu güclü qanad Gemballa Mirage GT-ni yolda meydan oxuyan “vəhşiyə” çevirir.
O ki qaldı yol ilə nöqsansız əlaqə və dinamikaya, bunun üçün avtomobil ideal variant kimi öndən 19 düyümlük, arxadan isə 20 düyümlük qara GT Sport diskləri ilə təchiz olunub.
Güc aqreqatına gəlincə, burada tüner işlənmiş qazın çıxma sisteminin modifikasiyası, hava filtrinin montajı və elektron faza idarəetmə blokunun yenidən proqramlaşdırılması ilə kifayətlənməli olub. 
Gemballa Mirage GT-nin dizaynerləri salonun komplektasiyası üçün dəri, karbon və alüminium materiallardan istifadə etməyi təklif ediblər. Həmçinin tüner ən vacib funksiyaları idarə etmək və izləmək üçün bahalı audio-video sistemi sensor monitora inteqrasiya etməyi təklif edib.
İndi isə ən maraqlı məqam – qiymət haqqında! Gemballa Mirage GT Black Edition Avropada 700 000 avro qiymətinə satılır.
Açar sözlər: porsche gemballa mirage gt carrera
Yazar: ramzes777 | Tarix: May 30, 2008 13:30 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 64
