Yüksək sürət və gözəl dizaynı sevənlər üçün


Bu “əzələli” döyüşçünün qara nəhəng kulerli güclü ön tərəfə yönəlmiş spoyleri, genişləndirilmiş təkər arkaları, diffuzorlu arxa bamperi var. Paketi yük yerinin qapısında olan güclü anti-qanad tamamlayır.

Cayenne X-Treme kapotunun altında bu əjdahanı 250 km/s maksimal sürətlə sürməyə, 100 km/s sürəti 5 saniyədən də az vaxta yığmağa qadir olan modifikasiyalı 600 at güclü mühərrik işləyir.

Dinamika və onun sabitliyinə gəlincə, Rinspeed ustaları asmanı xüsusi elektron modul ilə təchiz ediblər. Bununla da klirensin hündürlüyü 40 mm-ə qədər azalıb.

Avtomobil 380 mm-lik disklər və 8 porşenli supportlarla təchiz olunan yüksək davamlı tormoz sisteminə malikdir.

Açar sözlər: rinspeed porsche cayenne x-treme
Yazar: ramzes777 | Tarix: May 30, 2008 13:50 | Bölməsiz |
Şərhlər(1) | Baxış sayı: 61

Kend yollarinda surmek ucun eladir
İyun 12, 2008 19:32