Yüksək sürət və gözəl dizaynı sevənlər üçün

Məşhur alman tüninq atelyesi TechArt Frankfurtda 620 at güclü eksklüziv salon komplektasiyalı “Cayenne Magnum”un yeni – 2-ci nəslini təqdim etmişdir.
Xatırladaq ki, “TechArt Magnum”un 1-ci nəsli alman tüninq studiyasının 20 illik tarixində ən uğurlu satışı olub (500 nüsxə). Yeni modelə daha çox pul qoyulur, belə ki onun ideal optikası, heyrətləndirici texniki xarakteristikaları və salonun möhtəşəm komplektasiyası varlı avtomobil həvəskarlarını laqeyd qoymayacaq.

İlk olaraq diqqəti cəlb edən - əlbəttə ki, güclü önə doğru əyilmiş spoyler və əlavə duman əleyhinə işıqlar ilə təchiz olunan bodi-kit, genişləndirilmiş təkər arkaları (hər tərəfdən 4 sm), yük hissəsinin üzərində yerləşən spoyler və quyruq hissənin bamperidir.

Bundan əlavə TechArt Magnum 300 km/s-dan yuxarı sürətdə təzyiqə davam gətirə bilən “Conti Cross Contact” şinləri ilə təchiz olunan TechArt Formula II seriyalı disklərə malikdir.

Güc aqreqatının modifikasiyası üçün TechArt gücü 620 at gücünə qədər artırmağa qadir olan bir neçə proqram təklif edir.






Açar sözlər: techart porsche cayenne magnum
Yazar: ramzes777 | Tarix: İyun 6, 2008 18:59 | Bölməsiz |
Şərhlər(3) | Baxış sayı: 72
Şərhlər
2
777 yazıb:
Super mashindir
İyun 7, 2008 20:46
3
MAJOLINKA yazıb:
I"M LOVIN" IT. special red
İyun 13, 2008 16:35
X5 istirahet edir! Yashasin Cayenne!!!
İyun 6, 2008 19:33