Yüksək sürət və gözəl dizaynı sevənlər üçün

Porsche avtomobil markası – bu markadan daha üstün bir şeydir: bu əfsanədir! Uzun illər ərzində Porsche dəb və etibar simvolu sayılır. Bu təkraredilməz üslub və eksklüzivdir. Porsche brendini cəsarətlə əsl arzu adlandırmaq olar.
Bu markanı xarakterizə edən təkcə texniki mükəmməllik deyil, həmçinin təkraredilməz üslub və əfsanəvilikdir.
Porsche avtomobili onun sahibi haqqında çox şey deyə bilər. Porsche sahibi – bu heç şübhəsiz, həyatın mənasını başa düşən, uğur qazanan bir insandır. O, bu avtomobilin komfortunu, nadir üslub və nöqsansız texniki imkanlarını qiymətləndirməyi bacarır. Onu passiv avtomobil həvəskarı adlandırmaq olmaz, çünki Porsche idarə etmək – maksimal sürət, yüksək ustalıq və təhlükəsizlik tələb edir.
Ən yaxşı dünya miqyaslı brendlərdən sayılan Porsche “əfsanə” statusuna görə öz yaradıcısına – Ferdinand Porşeyə borcludur. Əbəs yerə o XX əsrin ən yaxşı avtomobil konstruktorlarından sayılmır. Ferdinand Porşe ən cəsarətli sınaqlar və mühəndis innovasiyalarını həyata keçirmişdir.
Hər yeni model ilə Porsche avtomobili daha da mükəmməlləşir, texniki parametrləri isə ən son həddə çatır. Porsche – gözəl manevr etmə qabiliyyəti və yüksək təhlükəsizliyi ilə fərqlənir.
Həyatda çox şeyə nail olmuş insan Porsche avtomobilinə üstünlük verir. Öz növbəsində Porsche sahibi olmaq – həyat tərzini müəyyən edir. Bu avtomobilin sahibi digərlərindən hər zaman bir addım öndədir.
Mən 2000-ci ildə sözün əsl mənasında bu avtomobilə “vuruldum”. Həmin ildə “Electronics Art” şirkəti belə bir kompüter oyunu istehsal etmişdi: “Need for Speed 5: Porsche unleased”. Bu oyun Porsche şirkətinin 50 illiyinə həsr olunmuşdu. Burada Porşenin 2000-ci ilə qədər olan bütün modelləri var idi: 356-dan başlayaraq 911 GT3 Cup-a qədər. Mən bu oyunu oynayandan sonra başa düşdüm ki, bu avtomobil əsl mənim tərzimdir. Porşedə mənim ən çox xoşuma gələn şey – yüksək sürət, güc və son dərəcə gözəl olan dizayndır. 2007-ci ilə qədər Azərbaycanda Porşenin rəsmi distribütoru yox idi. 2007-ci ildə “Porsche Bakı Mərkəzi”nin yarandığını eşidəndə çox sevindim.
Hal-hazırda Bakımızın küçələrini Cayenne, Cayenne S, Cayenne Turbo, Cayenne GTS, Boxster, 911 Turbo, GT3 bəzəyir.
İstənilən Porsche modelini “Porsche Bakı Mərkəzi”ndən 5 illik kreditlə əldə etmək mümkündür. Siz də yüksək sürət və güc simvolu olan Porsche modelini seçin və digərlərindən hər zaman bir addım öndə olun!

Açar sözlər: porsche 911 gt3 cayenne cayenne-turbo