Reklam verin!
Yüksək sürət və gözəl dizaynı sevənlər üçün
Cayenne GTS 2008
Porsche şirkəti idman ofrouderləri seqmentində uğurlu seriya ilə fərqlənən yeni Cayenne GTS modelini təqdim edib. Frankfurt avtosalonunda premyerası keçirilən bu avtomobil daha güclü V8 tipli, 4.8 litr həcmli mühərriklə təchiz olunub.
Yeni model digər Cayenne modellərindən 24 mm alçaqdır və xüsusi hazırlanmış hərəkət hissəsinə: polad yaylı “Porsche Active Suspension Management” (PASM) aktiv asmasına malikdir.
GTS 2
4.8 litrli mühərrik, benzini bilavasitə vuran “Direct Fuel Injection” sistemi sayəsində Cayenne GTS 6500 dövr/dəq, 298 kVt, 405 at gücünə malikdir, bu da Cayenne S modelindən 20 at gücü çoxdur. Maksimal fırlanma momenti dəyişilməz olaraq qalıb: 6500 dövr/dəq-yə 500 Nm. Bu “Cayenne GTS”ə 100 km/s sürəti 6.1 saniyəyə yığmağa imkan verir.
GTS 3
Cayenne GTS seriyali olaraq daimi tam ötürmə, nizama salına bilən dartı qüvvəsi sistemi (Porsche Traction Management – PTM), həmçinin uyğunlaşdırılmış hərəkət hissəsi – PASM ilə təchiz olunur. Avtomobilin salonuna xüsusi gözəllik verən-12 vəziyyətə malik alkantara və dəridən olan idman oturacaqlarıdır.
GTS 5
Yeni Cayenne GTS-i ilk baxışdan tanımaq olar: ön hissəsinin dizaynı və arxa hissə Cayenne Turbo modelinin dizaynına uyğundur. Təxminən 14 mm genişləndirilmiş təkər arkaları seriyalı 21 düyümlük diskləri istifadə etməyə imkan verir.
GTS 6
Cayenne GTS üçün yeni 2 rəng ehtiyatda saxlanılıb: qırmızı (GTS Red) və qızılı (Nordic Gold Metallic).
GTS 7
Yeni qoyulmuş Tiptronic S sürət qutusu hesabına yanacaq sərfi 100 km-ə 13.9 litr təşkil edir. Cayenne GTS modelinin başlanğıc qiyməti 85 000 avrodur.

GTS 8

Açar sözlər: porsche cayenne cayenne-turbo cayenne-gts 

Yazar: ramzes777 | Tarix: İyun 14, 2008 18:20 | Bölməsiz | Şərhlər(7) | Baxış sayı: 74

Şərhlər

1
Buzovna YEK yazıb:

Bu mashindan Buzovnada 6-7 dene var, biri de mendedir!!!! Shekli lol

İyun 14, 2008 18:24
2
Osman yazıb:

Menim 2 Yaquarim, 3 Audim, 4 dene de Hummerim var

İyun 14, 2008 18:26
3
GTS yazıb:

Super!!!!!!!!!!!

İyun 18, 2008 16:35
4
TT yazıb:

Əla maşındır

İyun 19, 2008 18:21
5

Salam, porshe. Senin bannerini blogumda reklam bolmesinde yerleshdirdim. Istesen menim bannerim sag terefde "bannerim" bomesinde var. onun altindaki htmlni copy ele, vessalam. redface

İyun 20, 2008 21:25
6
vuq@r yazıb:

Masin Mc Laren.Porshe de yaxsi masindir .Ama "Men gunde bir masin deyisene oxsuyuram " lol 10 ildir bir masin taniyiram .o da MC Laren i fso

İyun 26, 2008 19:22
7
RAMZES yazıb:

Herenin oz zovqu var

İyun 28, 2008 18:44

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha